Bayden Əfqanıstanda müharibəni niyə dayandırmasına aydınlıq gətirib

ABŞ Prezidenti Co Bayden

© APA | ABŞ Prezidenti Co Bayden

# 01 sentyabr 2021 01:28 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı müharibənin davam etdirilməsindən niyə imtina etdiyinə aydınlıq gətirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Bayden bu müharibənin artıq ABŞ-ın əsas maraqlarına xidmət etmədiyin deyib.

“Əsl seçim ya tərk etmək, ya da vəziyyətin gərginləşməsini görmək idi. Mən sonsuz müharibəni daha da uzatmaq və qoşunların çıxarılmasını qeyri-müəyyən müddətə qədər təxirə salmaq fikrində deyildim”, - deyə Ağ Ev rəhbəri bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı qərarı ölkəsi üçün “doğru, müdrik və ən yaxşı” qərar hesab edir.

“Əfqanıstanda müharibənin üçüncü on il ərzində də davam etməsini istəyənlərədir sualım: Milli maraqlarımız nədən ibarətdir? Mənim zənnimcə, yalnız bir şeydə ola bilər – Əfqanıstan ABŞ-a qarşı hücumlar üçün bir daha meydan olmasın... Bizim Əfqanıstanda başqa heç bir marağımız yoxdur və biz orada öz hədəfimizə hələ on il əvvəl çatmışdıq”, - deyə prezident Bayden əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR