Bayden Əfqanıstandakı terror qruplaşmalarını yeni zərbələrlə hədələyib

ABŞ prezidenti Co Bayden

© APA | ABŞ prezidenti Co Bayden

# 01 sentyabr 2021 06:13 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden ötən həftə Kabildə törədilən partlayış nəticəsində 13 ABŞ hərbçisinin və onlarla yerli sakinin həyatını itirməsinə görə Əfqanıstanda fəaliyyət göstərən “İŞİD - Vilayət Xorasan” terror qrupunu növbəti zərbələr endiriləcəyi ilə hədələyib.

APA “RİA Novosti”Yə istinadən xəbər verir ki, bu barədə o, xalqa telemüraciətində bildirib.

“Hələ sizinlə yekunlaşmamışıq. Ali Baş Komandan kimi qəti şəkildə inanıram ki, təhlükəsizliyimizi təmin etməyin ən yaxşı yolu amansız hədəflənmiş yüksəkdəqiqli strategiyadır”, - Bayden belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR