Bayden həyat yoldaşının 70 illik yubileyini çimərlikdə qeyd edib

ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Jill Bayden

© APA | ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Jill Bayden

# 04 iyun 2021 00:11 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Delaverə səfəri çərçivəsində həyat yoldaşı, birinci xanım Jill Baydenin 70 illik yubileyini çimərlikdə qeyd edib.

APA xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib.

Sonra prezident və birinci xanım çimərliyə bitişik parkda velosiped sürüblər.

Mərasimdə jurnalistlərin də iştirakına icazə verilib. Çimərlik Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Jurnalistlərin “həyat yoldaşınıza nə hədiyyə etdiniz” sualına Bayden cavab verməyib.

Çimərlikdəki şəhər sakinləri cütlüyə yaxınlaşaraq onları təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR