Bayden iyunun 28-də Ağ Evdə İsrail prezidenti ilə görüşəcək

Bayden iyunun 28-də Ağ Evdə İsrail prezidenti ilə görüşəcək

© APA | İsrail prezidenti Reuven Rivlin

# 20 iyun 2021 03:22 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden iyunun 28-də İsrailli həmkarı Reuven Rivlinlə Ağ Evdə görüşəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki yazılı açıqlamasında bildirib.

“Görüşdə ABŞ-İsrail arasındakı güclü tərəfdaşlıq münasibətləri, hökumətlərimiz və xalqlarımız arasındakı dərin əlaqələr və s. vurğulanacaq”, deyə Psaki qeyd edib. 

Onun sözlərinə görə, prezidentlər bölgənin üzləşdiyi bir çox çətinlik və imkanları müzakirə edəcəklər. 

Rivlinin prezidentlik müddətinin sona çatdığını deyən Psaki əlavə edib ki, bu səfər illər ərzində İsrail prezidentinin iki ölkə arasındakı dostluğun möhkəmləndirilməsində göstərdiyi fədakarlığına bir hörmət olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR