Bayden Pentaqonun avqustun 31-dək Əfqanıstandan qoşunların tam çəkilməsi tövsiyəsi ilə razılaşıb

Bayden Pentaqonun avqustun 31-dək Əfqanıstandan qoşunların tam çəkilməsi tövsiyəsi ilə razılaşıb
# 24 avqust 2021 22:08 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Pentaqonun avqustun 31-dək Əfqanıstandan qoşunların tam çəkilməsi tövsiyəsi ilə razılaşıb.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin administrasiyasındakı mənbəyə istinadən “Reuters” xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, Prezident Co Bayden Pentaqondan zərurət yarandığı təqdirdə qoşunların Əfqanıstandan çıxarılması vaxtının uzadılmasını istəyib. Pentaqon ötən gün Prezident administrasiyasına ABŞ qoşunlarının üzləşə biləcəyi təhlükəsizlik riskləri ilə bağlı tövsiyəsini təqdim edib.

Qeyd edək ki, “Taliban” sözçüsü Zəbihulla Mücahid bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması razılaşdırılan vaxtda başa çatdırılmalıdır və “Taliban” təxliyə müddətinin uzadılmasına razı olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR