Bayden respublikaçıları pandemiya ilə mübarizə tədbirlərinə laqeyd yanaşmaqda günahlandırıb

ABŞ prezidenti Co Bayden

© APA | ABŞ prezidenti Co Bayden

# 11 sentyabr 2021 08:39 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden respublikaçı qubernatorları ölkədə yeni koronavirus pandemiyası ilə mübarizə məqsədilə görülən tədbirlərə qeyri-ciddi yanaşmaqda günahlandırıb.

APA TASS-a istinadən xəbər verir ki, belə bir fikri Ağ Ev rəhbəri Vaşinqtonda məktəblərdən birində çıxışı zamanı səsləndirib.

“Bəzi respublikaçı qubernatorların uşaqların və əhalinin sağlamlığına bu qədər laqeyd yanaşması məni çox məyus edir”, - Bayden belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR