Bayden: “Şimal axını-2”yə qarşı sanksiyaların tətbiq edilməsinin əks təsiri olacaq

Bayden: “Şimal axını-2”yə qarşı sanksiyaların tətbiq edilməsinin əks təsiri olacaq

© APA | ABŞ Prezidenti Co Bayden 

# 26 may 2021 03:17 (UTC +04:00)

“Rusiyaya məxsus “Şimal axını-2” qaz boru kəmərinin tikintisi demək olar ki, başa çatıb və layihəyə sanksiyaların tətbiq edilməsi ABŞ-ın Avropa ilə münasibətlərində əks nəticə verəcək”.

APA TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiyadan Baltik dənizi ilə Almaniyaya qədər uzanan, ümumi gücü 55 milyard kubmetr olan 2 qaz boru kəmərinin inşasını nəzərdə tutur. 

Kəmərin inşası 2019-cu ilin dekabrında İsveçrənin “Allseas” bölgəsində ABŞ-ın mümkün sanksiyaları səbəbindən dayandırılmışdı.

qaz boru kəmərinin inşası 2020-ci ilin dekabrından etibarən - bir illik fasilədən sonra bərpa edilib. Hazırda kəmərin 95 faizi inşa edilib. 
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR