Bayden “Taliban”ın dəyişdiyinə inanmır

Co Bayden

© APA | Co Bayden

# 19 avqust 2021 16:25 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Əfqanıstanda hakimiyyətə gəlmiş “Taliban” hərəkatının hər hansı dəyişikliyə məruz qaldığına inanmır.

APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət başçısı ABC telekompaniyasına müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, “Taliban”la mübarizə aparmağın yolu ona qarşı diplomatik, iqtisadi və beynəlxalq təzyiq göstərməkdir. ABŞ Prezidenti vurğulayıb ki, ancaq belə olacağı halda “Taliban” öz davranışını dəyişdirə bilər.

C. Bayden qeyd edib ki, “Taliban” ekzistensial böhran yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR