Bayden və Conson Əfqanıstandan vətəndaşların təxliyəsini və G7 sammitini müzakirə ediblər

ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson

© APA | ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson

# 24 avqust 2021 05:14 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson Əfqanıstan vətəndaşlarının təxliyəsi məsələsindəki irəliləyişi və G7 sammitini müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilir.

“Prezident Co Bayden və Britaniyanın Baş naziri Boris Conson bu gün Əfqanıstan haqqında danışıblar. Onlar diplomatik və hərbi personalımız tərəfindən vətəndaşların, yerli əməkdaşların və çətinliklə üzləşən digər əfqanların təxliyəsi üçün göstərilən səyləri müzakirə ediblər”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, tərəflər, həmçinin “G7 liderlərinin avqustun 24-də keçiriləcək virtual görüşünə dair planları müzakirə edərək, mövcud vəziyyətin həllində və Əfqanıstanla bağlı siyasətə vahid yanaşmanın formalaşdırılmasında müttəfiqlər və tərəfdaşlarla sıx koordinasiyanın vacibliyini vurğulayıblar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR