Bayden və Merkelin müzakirə edəcəyi mövzular açıqlanıb

Co Bayden, Angela Merkel

© APA | Co Bayden, Angela Merkel

# 15 iyul 2021 16:19 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden və Almaniya kansleri Angela Merkelin müzakirə edəcəyi mövzular açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Almaniya kansleri əvvəlcə ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşəcək. Onlar birgə işgüzar səhər yeməyi yeyəcəklər. Daha sonra Angela Merkel Ağ Evdə prezident Baydenlə təkbətək və geniş nümayəndə heyəti ilə görüşlər keçirəcək, daha sonra onlar mətbuat konfransında çıxış edəcəklər.

Ağ Evdən bildirilib ki, liderlər iqlim dəyişikliyi, COVID-19 pandemiyası, peyvəndlərin qlobal səviyyədə paylanması və qlobal səhiyyə təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.

ABŞ və Almaniya liderləri Əfqanıstan, Liviya və Qərbi Səhra da daxil olmaqla, bir sıra ortaq təhlükəsizlik problemlərini də müzakirə edəcəklər.

Ağ Evdən o da bildirilib ki, Bayden və Merkel Rusiyanın kiberhücumları və ərazi təcavüzünün həlli daxil olmaqla, regional problemləri, Çinin artan nüfuzu, qeyri-bazar iqtisadi tətbiqetmələri, insan hüquqları pozuntuları, o cümlədən məcburi əməyə qarşı mübarizə, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstək və Qərbi Balkan ölkələrinin Avroatlantik məkana inteqrasiyasına dəstək məsələlərini də müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR