Bayden və Netanyahu Qəzzadakı vəziyyəti müzakirə edib

Co Bayden və Benyamin Netanyahu

© APA | Co Bayden və Benyamin Netanyahu

# 19 may 2021 18:13 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin saytında məlumat verilib.

Telefon danışığı zamanı tərəflər Qəzzadakı vəziyyət, İsrailin "HƏMAS" və digər terrorçu ünsürlərin fəaliyyətinin zəiflədilməsi istiqamətində irəliləməsi, regional dövlətlərin hökumətlərinin və ABŞ-ın davam edən diplomatik səyləri barədə ətraflı müzakirə aparıblar.

ABŞ Prezidenti İsrailin Baş nazirinə bildirib ki, o, bu gün gərginliyin ciddi şəkildə azalacağını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR