Bayden və Quterreş BMT Baş Assambleyası çərçivəsində görüşüb

BMT Baş katibi Antonio Quterreş və ABŞ prezidenti Co Bayden

© APA | BMT Baş katibi Antonio Quterreş və ABŞ prezidenti Co Bayden

# 21 sentyabr 2021 04:44 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş və ABŞ prezidenti Co Bayden arasında Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüş keçirilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika prezidentinə yaxın olan jurnalistlər qrupundan Sebastyan Smit şəxsi “Twitter” səhifəsində məlumat verib.

Gözlənildiyi kimi, Quterreşlə Baydenin müzakirə edəcəkləri mövzular arasında pandemiya, iqlim dəyişikliyi ilə mübarizə, Əfqanıstandakı vəziyyət olub.

Sabah isə Quterreş və Bayden BMT Baş Assambleyasının ümumi siyasi debatında çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR