Blinken: ABŞ İsrail və Fələstin arasında sülh danışıqlarının bərpasına cəhd etmir

Entoni Blinken, ABŞ dövlət katibi

© APA | Entoni Blinken, ABŞ dövlət katibi

# 27 iyun 2021 14:40 (UTC +04:00)

ABŞ hazırda İsrail və Fələstin arasında sülh danışıqları prosesinin bərpasına cəhd göstərmir.

APA-nın məlumatına görə, bunu BŞ dövlət katibi Entoni Blinken Fransanın “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.

İsrail xarici işlər naziri Yair Lapidlə görüşə hazırlaşan E. Blinken deyib ki, hazırda İsrail və Fələstin arasında sülh danışıqları prosesinin bərpası gündəmdə deyil. Dövlət katibi ABŞ, o cümlədən Fransa üçün Qəzza sektoruna humanitar yardım və bərpa məsələsinin, həmçinin Fələstin və İsrail arasında növbəti anoloji böhranın yaranmasına yol verilməməsinin prioritet olduğunu qeyd edib: “ABŞ Şərqi Qüdsdə Baş konsulluğunu mərhələli şəkildə açmaqla Fələstinlə əlaqələrini bərpa edib. Ancaq gözləmək və əmin olmaq lazımdır ki, iki dövlətin mövcudluğu prinsipi əsasında danışıqların yenidən başlaması üçün daha pozitiv şərait yaransın ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR