Blinken ABŞ-nin "Taliban"la hansı halda əməkdaşlıq edəcəyini açıqlayıb

ABŞ-nin dövlət katibi Entoni Blinken

© APA | ABŞ-nin dövlət katibi Entoni Blinken

# 26 avqust 2021 07:39 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları insan haqlarına riayət olunması şərti ilə və ölkəni yenidən terrorçular üçün yuvaya çevirməyəcəkləri təqdirdə gələcək Əfqanıstan hökuməti ilə əməkdaşlığa açıqdır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu dövlət katibi Entoni Blinken bildirib.

“Bu qarşılıqlı əlaqənin və münasibətlərimizin xarakteri tamamilə “Taliban” davranışlarından asılıdır”, - deyə Blinken jurnalistlər qarşısında çıxışında vurğulayıb.

Onun sözlərinə görə, “hazırda ABŞ “Taliban”ın ölkəni tərk etmək istəyən hər kəs üçün bu imkanı yaradacağını gözləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR