Blinken: “Əşrəf Qəni ABŞ-ı inandırmışdı ki, “Taliban”la ölənədək vuruşacaq”

Entoni Blinken

© APA | Entoni Blinken

# 08 sentyabr 2021 19:32 (UTC +04:00)

Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəni ölkəni tərk etməzdən qısa bir müddət öncə ABŞ-ı inandırmışdı ki, “Taliban” hərəkatı ilə ölənədək mübarizə aparmaq niyyətindədir.

APA-nın xəbərinə görə, bunu Əfqanıstanın “TOLOnews” telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, sabiq prezidentlə hakimiyyətin ötürülməsi ilə bağlı müzakirə aparıb.

Qeyd edək ki, “Taliban” hərəkatının Kabili mühasirəyə almasından sonra Əşrəf Qəni istefa verərək ölkəsini tərk edib. O, bu qərarını Kabili və onun 6 milyon sakinini xilas etmək istəməsi ilə əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR