Bloomberg: Venesuelada PDVSA-nın yeddi işçisi terror ittihamı ilə saxlanılıb

Bloomberg: Venesuelada PDVSA-nın yeddi işçisi terror ittihamı ilə saxlanılıb
# 26 sentyabr 2021 09:33 (UTC +04:00)

Venesuelanın hərbi kəşfiyyatı dövlət neft istehsalçısı PDVSA-nın yeddi əməkdaşını terror ittihamı ilə saxlayıb.

APA bildirir ki, bu barədə Bloomberg xəbər yayıb.

Bildirilir ki, 23 sentyabrda Falcon əyalətindəki emal müəssisəsində polis əməliyyat keçirib. Tutulanlardan birinin maraqlarını müdafiə edən vəkil Harold Guerreironun sözlərinə görə, işçilər Karakasa köçürülüb. Onlar obyektə hücum hazırlamaqda ittiham olunurlar və bu istiqamətdə araşdırma aparılır.

PDVSA və Neft Nazirliyi, agentliyin xəbərini təsdiqləyib, lakin əlavə şərh verməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR