BMT Baş katibi: “Əfqanıstana yardım etməsək, bu, dünyaya baha başa gələcək”

BMT-nin Baş katibi Antonio Quterreş

© APA | BMT-nin Baş katibi Antonio Quterreş

# 11 oktyabr 2021 21:26 (UTC +04:00)

“Əfqanıstana yardım etməliyik, əks təqdirdə bu, dünyaya baha başa gələcək, narkotik axını və terror şəbəkələrinin sayı artacaq”.

APA xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

O, həmçinin, BMT-nin Əfqanıstandakı şəxsi heyətinin təhlükəsizliyini, mühafizəsini təmin etmək, habelə humanitar yardım və maneəsiz giriş məsələləri barədə “Taliban”la daim əlaqə saxladığını bildirib.

"Bu müəyyən bir məqamdır. Əfqanlara bu fırtınanın öhdəsindən gəlməyə kömək etmək etməsək, nəinki onlar, dünya dövlətləri bunun əziyyətini çəkəcək. Əfqanıstanda yemək, iş, insan hüquqları olmasa, əfqanlar normal həyat axtarmaq üçün evlərini tərk edəcək. Narkotik axınının artacağı, cinayətkar və terrorçu şəbəkələrin sayının artacağı ehtimalı da var. Bu, təkcə Əfqanıstanın özünə deyil, bölgəyə və bütün dünyaya mənfi təsir göstərəcək”, deyə Antonio Quterreş bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR