BMT-nin Baş katibi münaqişələri dayandırmağa və diqqəti koronavirusla mübarizəyə cəmləməyə çağırıb

BMT-nin Baş katibi Antonio Quterreş

© APA | BMT-nin Baş katibi Antonio Quterreş

# 15 sentyabr 2021 06:32 (UTC +04:00)

Dünya birliyi yeni çağırışlar qarşısında birləşməlidir, koronavirus pandemiyasına qarşı mübarizəyə birlikdə hədəflənmək lazımdır.

APA TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT Baş Assambleyanın 76-cı sessiyasının açılışında bildirib.

“Böyük bir problem və bölünmə, münaqişə və iqlim dəyişikliyi, yoxsulluğun və bərabərsizliyin artdığı bir məqamda görüşürük. Pandemiya insan həyatını, həyat şəraitini və gələcəyi təhdid etməkdə davam edir. Bu problemlər dünyamızı təhdid edən boşluq, varlı və kasıb arasındakı bölünmə ilə bir araya gəlir”, - deyə Baş katib qeyd edib.

Onun sözlərinə görə, “bəziləri qida, su təminatını və tibbi xidmətləri adi qəbul etdiyi halda, digərləri üçün bu, bir xəyal olaraq qalır”.

Bundan əlavə, BMT-nin Baş katibi koronavirusa qarşı peyvəndlərə əlçatanlığın təmin edilməsində yaranmış bərabərsizliyə də toxunub:

“Bu çətinliklər təbiət tərəfindən deyil, insanlar tərəfindən, kasıbları və ən həssas qrupları hədəf alan iqtisadi sistemlər tərəfindən yaranır. Ancaq birləşsək, bu çətinliklər və bölünmələr dəyişə bilər. Əgər öz öhdəliklərimiz ətrafında birləşsək, bunu dərk edə bilərik”.

“Bir-birimizə qarşı müharibələrə son qoymaq lazımdır. Bəşəriyyətin ümumi düşməni – pandemiya ilə mübarizəyə diqqət yönəltməyin vaxtıdır”, - deyə Baş katib vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR