BMT prezidentin qətlinin istintaqında Haitiyə kömək etməyə hazır olduğunu bildirib

BMT prezidentin qətlinin istintaqında Haitiyə kömək etməyə hazır olduğunu bildirib
# 08 iyul 2021 05:22 (UTC +04:00)

“BMT Haiti prezidenti Jovenel Moizin qətlinin istintaqında ölkəyə yardım göstərməyə hazırdır, lakin bu dəhşətli cinayətin araşdırılması hər şeydən əvvəl ölkə səlahiyyətliləri tərəfindən edilməlidir”.

APA xəbər verir ki, bunu çərşənbə günü brifinqdə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik deyib.

“Biz həmişə olduğu kimi, hər cür köməyə hazırıq. Haiti Baş nazirinin vəzifələrini icra edən Klod Jozef prezidentin öldürülməsi fonunda ölkədəki vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirməyə çağırış edib. Bununla bağlı BMT Təhlükəsizlik Şurasında müzakirə cümə axşamı gününə planlaşdırılır”, deyə S. Dyujarrik bildirib.

Qeyd edək ki, çərşənbə axşamı gecə Haiti Prezidenti Jovenel Moiz yaşadığı evə edilən naməlum hücum nəticəsində ölümcül yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR