"Boeing 737 MAX 10" ilk uçuşunu həyata keçirib

"Boeing 737 MAX 10" ilk uçuşunu həyata keçirib
# 19 iyun 2021 04:02 (UTC +04:00)

“Boeing 737 MAX 10” sərnişin təyyarəsi ilk uçuşunu həyata keçirib. Uçuş cümə günü yerli vaxtla səhər saat 10:07-də ​​(Bakı vaxtı ilə 21:07) Vaşinqtonun Sietl şəhəri yaxınlığındakı Renton hava limanından baş tutub.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Təyyarə 2023-cü ildə tam istifadəyə verilməzdən əvvəl geniş sınaqlardan keçəcək.

Təyyarə Renton hava limanından Vaşinqton ştatındakı Qrant dairə beynəlxalq hava limanına doğru hərəkət edib. Cədvələ əsasən onun enişi saat 12:37-də (Bakı vaxtı ilə 23:37-də) tamamlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR