"Boeing 737" təyyarələrinin yanğınsöndürmə sistemində problem aşkarlanıb

"Boeing 737" təyyarələrinin yanğınsöndürmə sistemində problem aşkarlanıb
# 06 avqust 2021 03:36 (UTC +04:00)

ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) “Boeing 737” təyyarələrində yanğınsöndürmə sistemində baş verə biləcək nasazlıqlar barədə xəbərdarlıq edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qurumun uçuşa yararlılıq haqqında yaydığı sənəddə qeyd olunub.

“Bu xəbərdarlıq bütün “Boeing 737-8” və “Boeing 737-9”, eləcə də “Boeing 737-8200” (MAX) təyyarələrinə və bəzi “Boeing 737-800” və “Boeing 737-900ER” seriyalı modellərə aiddir. Söhbət avialaynerlərin yük bölməsindəki yanğınsöndürmə sistemində yarana biləcək problemlərdən gedir”, - sənəddə belə deyilir.

Sənədə əsasən, bu cür problemlər aşkar edilmiş təyyarələrlə xidmət göstərən operatorlara yük bölməsində yalnız yanmayan və yanğına davamlı əşyalar daşınmasına icazə verilir.

Qurumdan bildirilir ki, sənəd ABŞ-da qeydiyyatda olan 663 təyyarəni və bütün dünyada olan 2,2 mindən çox təyyarəni əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR