Boliviyada mikroavtobus dərəyə aşıb, 5 nəfər ölüb

Boliviyada mikroavtobus dərəyə aşıb, 5 nəfər ölüb
# 24 may 2021 02:14 (UTC +04:00)

Boliviyada Yayaquadan paytaxt Potosi şəhərinə gedən mikroavtobusun 100 metr hündürlükdən dərəyə aşması nəticəsində 5 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli polisin məlumatında bildirilib.

Qeyd edilib ki, hadisə zamanı sürücü ilə yanaşı, Potosi dövlət departamentinin 4 məmuru dünyasını dəyişib.

Yaralılar Çukiuta Tibb Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, Belarusda axtarışda olan jurnalist Roman Protaseviçin də içində olduğu təyyarə bu gün Minskə təcili eniş edib. Jurnalist həbs edilib. Təyyarənin bomba təhlükəsi səbəbilə Minskə eniş etdiyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR