Boliviyanın keçmiş prezidenti həbsxanada intihara cəhd edib

Jeanine Anes Çavez, Boliviyanın keçmiş prezidenti

© APA | Jeanine Anes Çavez, Boliviyanın keçmiş prezidenti

# 22 avqust 2021 09:54 (UTC +04:00)

Boliviyanın keçmiş prezidenti Jeanine Anes Çavez həbsxanada intihara cəhd edib.

APA bildirir ki, bu barədə “Pagina Siete” nəşri məlumat yayıb.

Məlumatda qeyd edilib ki, terror, sui -qəsd və üsyana təhrik ittihamı ilə həbs edilən siyasətçi özünü yaralayıb. Hazırda onun həyatı üçün təhlükə olmadığı vurğulanıb.

Həbsxanadan bildirilib ki, qadın psixi müayinəyə göndəriləcək.

Vəkillər iddia edirlər ki, Anesin intihar cəhdi Miraflores həbsxanasında məruz qaldığı qəddarlığa cavabdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR