Braziliya Prezidenti xəstəxanaya yerləşdirilib

Jair Bolsonaro

© APA | Jair Bolsonaro

# 14 iyul 2021 16:54 (UTC +04:00)

Braziliya Prezidenti Jair Bolsonaro xəstəxanaya yerləşdirilib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Prezidentin ofisi məlumat yayıb.

Bildirilib ki, prezidentin xəstəxanaya getməsi onun əziyyət çəkidyi xronik hıçqırıqların səbəbinin müəyyənləşdirilməsi ilə bağlıdır.

Məlumatda qeyd olunub ki, Bolsonaro hərbi xəstəxanaya gedib və 24-48 saat müddətində nəzarət altında olacaq.

"Prezident özünü yaxşı hiss edir", - deyə məlumatda vurğulanıb.

Yerli "Globo" nəşri isə yazıb ki, bu gün səhər saatlarında Prezident Bolsonaro qarın nahiyəsində ağrılar hiss etdiyindən müayinə üçün xəstəxanaya aparılıb.

Jair Bolsonaro 2018-ci ildə prezident seçkiləri ilə bağlı kampaniyasında qarın nahiyəsindən bıçaqlanaraq ciddi yara almışdı və o vaxtdan prezidentin səhhəti diqqət mərkəzində olub.

Brazilya lideri ötən il həm də COVID-19 infeksiyasına yoluxmuşdu, o, sağalsa da prezidentdə davamlı öskürək müşahidə olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR