Braziliyada bir gündə 793 nəfər koronavirusdan ölüb

Braziliyada bir gündə 793 nəfər koronavirusdan ölüb
# 29 sentyabr 2021 05:59 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 15 395 nəfərin koronavirus infeksiyasına yoluxması, 793 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 21 381 790 nəfər yoluxub. Bu müddət ərzində 595 446 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 20 383 243 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR