Braziliyada bir gündə 827 nəfər koronavirusdan ölüb

Braziliyada bir gündə 827 nəfər koronavirusdan ölüb
# 15 iyun 2021 07:19 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 39 846 nəfərin koronavirus infeksiyasına yoluxması, 827 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 17 452 612 nəfər yoluxub. Bu müddət ərzində 488 228 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 15 854 264 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR