Braziliyada daha 468 nəfər koronavirusdan ölüb

Braziliyada daha 468 nəfər koronavirusdan ölüb
# 03 oktyabr 2021 08:23 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 13 466 nəfərin koronavirus infeksiyasına yoluxması, 468 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 21 459 117 nəfər yoluxub. Bu müddət ərzində 597 723 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 20 425 139 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR