Braziliyada daha 530 nəfər koronavirusun qurbanına çevrilib

Braziliyada daha 530 nəfər koronavirusun qurbanına çevrilib
# 07 oktyabr 2021 06:42 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 17 893 nəfərin koronavirus infeksiyasına yoluxması, 530 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 21 516 967 nəfər yoluxub. Bu müddət ərzində 599 359 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 20 554 936 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR