Braziliyada İsa Məsihin heykəlinin üzərinə çıxan iki fransalı saxlanılıb

Braziliyada İsa Məsihin heykəlinin üzərinə çıxan iki fransalı saxlanılıb
# 26 avqust 2021 08:25 (UTC +04:00)

Braziliyanın Rio-de-Janeyro şəhərində polis əməkdaşları Korkovado dağında yerləşən İsa Məsihin heykəlinin üzərinə çıxan iki fransalını saxlayıb.

APA xəbər verir ki, bu barədə yerli “O Globo” qəzeti şəhər polisinə istinadən yazıb.

Bildirilir ki, 28 yaşında olan Fransa vətəndaşları abidənin içərisində gizlənərək onun turistlər üçün bağlanmasını gözləyiblər. Daha sonra 23 avqust tarixində səhər saatlarında təmir işləri üçün istifadə olunan pilləkənlərlə heykəlin başına qalxaraq, orada öz “uğurlarını” video və fotoşəkillər çəkməklə qeyd ediblər.

Onları sonradan abidənin gözətçisi görüb və polisə məlumat verib.

Məlumata görə, saxlanılan şəxslər artıq 10 min Braziliya realı (təxminən 3260 manat) girov müqabilində sərbəst buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR