Braziliyada koronavirusla bağlı kritik vəziyyət hələ də davam edir

Braziliyada koronavirusla bağlı kritik vəziyyət hələ də davam edir
# 13 iyun 2021 04:44 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 78 700 nəfərin koronavirus infeksiyasına yoluxması, 2037 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 17 374 818 nəfər yoluxub. Bu müddət ərzində 486 272 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 15 761 177 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR