Braziliyada koronavirusla bağlı kritik vəziyyət hələ də davam edir

Braziliyada koronavirusla bağlı kritik vəziyyət hələ də davam edir
# 04 avqust 2021 05:32 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 32 316 nəfərin koronavirus infeksiyasına yoluxması, 1209 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 19 985 817 nəfər yoluxub. Bu müddət ərzində 558 432 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 18 746 865 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR