Braziliyada son bir gündə 16 minədək insanda COVID-19 aşkarlanıb

Braziliyada son bir gündə 16 minədək insanda COVID-19 aşkarlanıb
# 11 sentyabr 2021 07:17 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 15 951 nəfərin koronavirus infeksiyasına yoluxması, 672 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 20 974 850 nəfər yoluxub. Bu müddət ərzində 585 846 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 20 016 161 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR