Braziliyada son bir gündə 28 minədək insanda COVID-19 aşkarlanıb

Braziliyada son bir gündə 28 minədək insanda COVID-19 aşkarlanıb
# 29 iyun 2021 04:20 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 27 804 nəfərin koronavirus infeksiyasına yoluxması, 618 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 18 448 402 nəfər yoluxub. Bu müddət ərzində 514 092 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 16 673 329 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR