Braziliyada son bir gündə 30,6 min insanda COVID-19 aşkarlanıb

Braziliyada son bir gündə 30,6 min insanda COVID-19 aşkarlanıb
# 26 avqust 2021 05:29 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 30 671 nəfərin koronavirus infeksiyasına yoluxması, 903 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 20 645 537 nəfər yoluxub. Bu müddət ərzində 576 645 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 19 577 135 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR