Braziliyada son bir gündə 34 min insanda COVID-19 aşkarlanıb

Braziliyada son bir gündə 34 min insanda COVID-19 aşkarlanıb
# 19 iyul 2021 06:21 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 34 126 nəfərin koronavirus infeksiyasına yoluxması, 948 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 19 376 574 nəfər yoluxub. Bu müddət ərzində 542 214 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 18 023 512 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR