Braziliyada son bir gündə 41 minədək insanda COVID-19 aşkarlanıb

Braziliyada son bir gündə 41 minədək insanda COVID-19 aşkarlanıb
# 31 iyul 2021 07:09 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 40 904 nəfərin koronavirus infeksiyasına yoluxması, 963 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 19 880 273 nəfər yoluxub. Bu müddət ərzində 555 460 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 18 595 380 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR