Braziliyada son bir gündə 45,5 min min insanda COVID-19 aşkarlanıb

Braziliyada son bir gündə 45,5 min min insanda COVID-19 aşkarlanıb
# 17 iyul 2021 03:39 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 45 591 nəfərin koronavirus infeksiyasına yoluxması, 1456 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 19 308 109 nəfər yoluxub. Bu müddət ərzində 540 398 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 17 951 699 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR