Braziliyada son bir gündə 839 nəfər koronavirusdan ölüb

Braziliyada son bir gündə 839 nəfər koronavirusdan ölüb
# 01 sentyabr 2021 04:44 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 24 589 nəfərin koronavirus infeksiyasına yoluxması, 839 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 20 776 870 nəfər yoluxub. Bu müddət ərzində 580 413 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 19 735 447 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR