Braziliyada son sutkada 1556 nəfər koronavirusdan ölüb

Braziliyada son sutkada 1556 nəfər koronavirusdan ölüb
# 15 iyul 2021 03:56 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 57 736 nəfərin koronavirus infeksiyasına yoluxması, 1556 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 19 209 729 nəfər yoluxub. Bu müddət ərzində 537 394 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 17 858 633 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR