Braziliyada son sutkada 1,8 mindən çox insan koronavirusdan ölüb

Braziliyada son sutkada 1,8 mindən çox insan koronavirusdan ölüb
# 03 iyul 2021 07:02 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 65 165 nəfərin koronavirus infeksiyasına yoluxması, 1857 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 18 687 469 nəfər yoluxub. Bu müddət ərzində 521 952 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 16 989 351 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR