Braziliyada son sutkada 1,8 minədək insan koronavirusdan ölüb

Braziliyada son sutkada 1,8 minədək insan koronavirusdan ölüb
# 07 iyul 2021 06:18 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 62 504 nəfərin koronavirus infeksiyasına yoluxması, 1780 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 18 855 015 nəfər yoluxub. Bu müddət ərzində 526 892 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 17 262 646 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR