Braziliyada son sutkada 3 minədək insan koronavirusdan ölüb

Braziliyada son sutkada 3 minədək insan koronavirusdan ölüb
# 17 iyun 2021 08:06 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 95 367 nəfərin koronavirus infeksiyasına yoluxması, 2997 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 17 628 588 nəfər yoluxub. Bu müddət ərzində 493 693 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 16 030 601 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR