Braziliyada son sutkada 745 nəfər koronavirsdan ölüb

Braziliyada son sutkada 745 nəfər koronavirsdan ölüb
# 13 iyul 2021 06:11 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 17 031 nəfərin koronavirus infeksiyasına yoluxması, 745 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 19 106 971 nəfər yoluxub. Bu müddət ərzində 534 233 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 17 666 654 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR