Braziliyada təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb

Braziliyada təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb
# 14 sentyabr 2021 19:20 (UTC +04:00)

Braziliyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə “Globo” telekanalı xilasedicilərə istinadən məlumat yayıb.

Hadisə bu gün səhər San-Paulu ştatında baş verib. Belə ki, içərisində 5 nəfər sərnişin və iki ekipaj üzvünün olduğu təyyarə yerli vaxtla təxminən saat 09:00-da Pirasikaba şəhər aeroportundan havaya qalxıb və uçuşdan qısa müddət sonra yerli universitetin ərazisinə düşüb.

Qəza nəticəsində təyyarə yanıb, 7 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR