Braziliyada turistlərin olduğu qayıq batıb, 3 nəfər ölüb, 7 nəfər itkin düşüb

Braziliyada turistlərin olduğu qayıq batıb, 3 nəfər ölüb, 7 nəfər itkin düşüb
# 16 oktyabr 2021 21:38 (UTC +04:00)

Braziliyanın cənub-qərbindən keçən Paraqvay çayında turistlərin olduğu qayıq qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə yerli “Prensa Latina” agentliyi məlumat yayıb.

Qəza nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər itkin düşüb.

İlkin məlumatlara görə, göyərtəsində 21 nəfərin olduğu turist gəmisi güclü külək səbəbindən aşıb və batıb.

Bildirilib ki, Korumba şəhərindəki otellərdən birində qalan turistlər hər gün qayıqla balıq tutmağa gedirmişlər.

Axtarış-xilasetmə əməliyyatına 12 dalğıc cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR