Ceyk Sallivan: "Minlərlə amerikalı Əfqanıstanda qalıb"

Ceyk Sallivan: "Minlərlə amerikalı Əfqanıstanda qalıb"
# 22 avqust 2021 17:53 (UTC +04:00)

Ağ Evin hesablamalarına görə, bir neçə min amerikalı Əfqanıstanda qalıb, lakin dəqiq say məlum deyil.

APA bildirir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CNN -ə müsahibəsində bildirib:

“Dəqiq sayını verə bilmərik, amma inanırıq ki, söhbət bir neçə min amerikalıdan gedir”.

Sallivan izah edir ki, bu vəziyyətin yaranması amerikalıların ölkəyə daxil olarkən və ya çıxarkən səfirliyi xəbərdar etməməsi ilə əlaqədardır.

Sallivan 31 avqustdan sonra ABŞ-ın onlar üçün işləyən əfqanlara ölkəni tərk etməsinə kömək edib etməyəcəyi sualına cavab verməkdən yayınıb. O Birləşmiş Ştatların onlara kömək etmək üçün əllərindən gələni etdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR