Çili prezidenti ölkənin cənubundakı yanğınlar səbəbindən fövqəladə vəziyyət elan edib

Çili prezidenti Sebastian Pinyera

© APA | Çili prezidenti Sebastian Pinyera

# 13 oktyabr 2021 04:52 (UTC +04:00)

Çili prezidenti Sebastian Pinyera ölkənin bir sıra cənub bölgələrində baş vermiş silsilə yanğın faktları ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, “Twitter” vasitəsilə etdiyi müraciətində bildirib.

“Bio-Bio bölgəsindəki Bio-Bio və Arauko əyalətlərində və Araukania bölgəsindəki Malyeko və Kautin əyalətlərində baş vermiş ciddi asayiş pozuntusu halları ilə əlaqədar fövqəladə vəziyyət elan etmək qərarına gəldik”, - deyə prezident bildirib.

Fövqəladə vəziyyət 15 gün davam edəcək. Dövlət başçısı tərəfindən imzalanmış fərman bu bölgələrdə nizam-intizam qaydalarının təmin edilməsi üçün ordunun cəlb olunmasına imkan verir: “Bu fövqəladə vəziyyət rejimi terrorizm, narkotik ticarəti və mütəşəkkil cinayətkarlıq əməllərinə qarşı daha effektiv mübarizə üçün zəruridir və heç bir halda heç bir xalqın nümayəndələrinə və ya mülki vətəndaş qruplarına qarşı yönəlməyib”.

Qeyd edək ki, Bio-Bio və Araukania bölgələrində artıq bir neçə ildir ki, kilsələrin, müəssisələrə məxsus əmlakların, yük maşınlarının və digər obyektlərin yandırılması kimi hücumlar baş verir. Son həftələrdə isə belə hallar artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR