Çin COVID-19-un mənşəyini araşdırmaq üçün ÜST-ü ABŞ laboratoriyalarını yoxlamağa çağırıb

ÇXR-in BMT-dəki daimi nümayəndəsi Çen Syuy

© APA | ÇXR-in BMT-dəki daimi nümayəndəsi Çen Syuy

# 26 avqust 2021 03:58 (UTC +04:00)

Çin Xalq Respublikasının (ÇXR) BMT-dəki daimi nümayəndəsi Çen Syuy ABŞ-nin Fort-Detrik şəhərindəki və Şimali Karolina Universitetindəki biolaboratoriyalarda pandemiyaya səbəb olan koronavirusun mənşəyi ilə bağlı araşdırma aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edib.

APA xəbər verir ki, bu barədə “Global Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, bu, Çindən diplomatik kanallarla ÜST-ə edilən ilk rəsmi müraciətdir. ÜST-ün rəhbəri Tedros Adanom Qebreyesusa ünvanlanan müraciətdə Çindən olan 25 milyon internet istifadəçisinin adından yazılmış məktub da var.

Nəşr yazır ki, Çen Syuy SARC-CoV-2 virusunun Uhan virusologiya institutundakı sızma nəticəsində insanlara yoluxması barədə fərziyənin ağlabatan olmadığına diqqət çəkib.

“Əgər kimsə hələ də laboratoriya sızıntısı məsələsinin açıq qaldığını düşünürsə, o zaman Fort-Detrikdəki və Şimali Karolina Universitetindəki laboratoriyalar açıq şəkildə araşdırılmalıdır”, - deyə qəzet çinli daimi nümayəndədən sitat gətirib.

Məqalə müəllifləri qeyd edirlər ki, ABŞ ordusunun Uolter Rid adına Elmi-Araşdırmalar İnstitutu Fort-Detrik (Merilend ştatı) şəhərində yerləşir və Pentaqonun idarəçiliyi altında burada yoluxucu xəstəliklər də daxil olmaqla biotibbi tədqiqatlar aparılır. Qəzetin yazdığına görə, Fort-Detrik laboratoriyası Şimali Karolina Universitetinin epidemioloqu Ralf Barikin tədqiqatçı alimlər qrupu ilə əməkdaşlıq edib. Birgə araşdırmaların nəticələri göstərir ki, 2003-cü ilə qədər ABŞ-dəki bu tədqiqat mərkəzləri koronavirusların sintezi və dəyişdirilməsi üçün qabaqcıl texnologiyalara malik idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR