Co Bayden və Si Cinpin virtual sammit keçirmək barədə razılığa gəlib

Co Bayden və Si Cinpin

© APA | Co Bayden və Si Cinpin

# 07 oktyabr 2021 00:42 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpin bu ilin sonuna qədər virtual formatda sammit keçirməyi planlaşdırırlar.

APA “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

ABŞ rəhbərliyinin rəsmisi qeyd edib ki, yüksək səviyyəli sammitin keçirilməsi ilə bağlı “prinsipial razılaşma” Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü Yan Tszeçi arasında 6 saat davam edən danışıqlar zamanı əldə edilib.

İki ölkənin yüksək vəzifəli şəxslərinin görüşü Sürixdə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR