Co Bayden Yens Stoltenberqlə görüşüb

Co Bayden, Yens Stoltenberq

© APA | Co Bayden, Yens Stoltenberq

# 14 iyun 2021 14:45 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden NATO baş katibi Yens Stoltenberqlə görüşüb.

APA-nın xəbərinə görə, görüş ABŞ prezidentinin Brüsselə səfəri çərçivəsində baş tutub.

Görüş zamanı NATO baş katibi bu günkü sammitdə müzakirə olunacaq mövzuları qeyd edib.

Prezident Bayden isə Yens Stoltenberqə hərbi bloka uğurlu liderliyi üçün təşəkkür edib.

"NATO çox vacibdir. Bu, həm müttəfiqlərin təhlükəsizliyi, həm ABŞ-ın maraqları üçün həyati əhəmiyyətlidir. Bilin ki, ABŞ həmişə oradadır", Bayden vurğulayıb.

ABŞ prezidenti NATO-nun büdcəsinin artırılması ilə bağlı qərarı yüksək qiymətləndirdiyini deyib.

Qeyd edək ki, bu gün Brüsseldə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR